Bakı. Trend
Azərbaycanda Dövlət Satınalma haqqında qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Trend xəbər
verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət
Forumunda deyib.
Onun sözlərinə görə, toplanılan təcrübə əsasında mövcud
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır və
bu proses vaxt tələb edir.
Agentlik sədri bildirib ki, 2024-cü ilin yanvarın 1-dən qüvvəyə
minən “Dövlət satınalmaları haqqında” qanun çərçivəsində
tənzimləyici orqan kimi artıq müəyyən təcrübə qazanılıb:
“Həm təcrübəçi şirkətlərdən, həm də satıcı şirkətlərdən geri
dönüşlər alınıb. Qanun gündəlik həyatımızda yaşayan bir
orqanizmdir. Onun normalarının mövcud situasiyaya uyğun
olub-olmamasını yalnız təcrübə göstərir. Bu təcrübə artıq
agentlikdə formalaşıb”.
E. Bağırov vurğulayıb ki, bu təcrübəni genişləndirmək üçün
hazırda beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

