Niderland polisi ötən gün Haaqada icazəsiz keçirilən Fələstinə dəstək aksiyalarında 205 iştirakçı saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Aksiya Haaqa Mərkəzi Vağzalı və Xarici İşlər Nazirliyinin yerləşdiyi Reynstraat küçəsində keçirilib. Polisin aksiyanın dayandırılması tələbinə baxmayaraq, fəallar ərazini tərk etməyib.
Saxlanılanlar ictimai asayişi pozmaqda, hökumət nümayəndələrini təhqir etməkdə və polis əməkdaşlarına müqavimət göstərməkdə şübhəli bilinir.
İğtişaşların dağıdılması zamanı bir polis əməkdaşın xəsarət aldığı bildirilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

