Cari ilin 8 ayında haqsız rəqabətə yol verilməsi üzrə ötən dövrlə müqayisədə 2 dəfə artıq müraciətlərə baxılıb – Elnur Bağırov

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin 8 ayında haqsız rəqabətə yol verilməsi üzrə ötən
dövrlə müqayisədə 2 dəfə artıq müraciətlərə baxılıb.

Trend xəbər
verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.

O qeyd edib ki, ötən dövrdə 83 təmərküzləşmə əməliyyatı
araşdırılıb. Bunlar rəqabət fəallığı nümayiş etdirir.




Agentlik sədri vurğulayıb ki, görülən tədbirlərin məqsədi
rəqabəti pozan davranışlardan çəkindirməkdir. Elnur Bağırovun
sözlərinı görə, qarşıdakı dövrdə əsas hədəf rəqabət mühitinin
gücləndirilməsi, dövlət satınalmalarında çox iştirakçılığın təmin
olunması və kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq:

“Rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi
inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini
şərtləndirir. Bu, biznes subyektlərinin gəlirliliyinin artmasına və
iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq”.