Bakıda şadlıq evinin pilləkənlərindən yıxılan şəxs ölüb

Baş səhifə
Bakıda şadlıq evinin pilləkənlərindən yıxılan şəxs ölüb

Bakıda şadlıq evinin pilləkənlərindən yıxılan şəxs ölüb.

“Report” xəbər verir ki, sentyabrın 23-ü saat 23 radələrində Bakı şəhər sakini 1989-cu il təv. Orxan Məhəmməd oğlu Qarayev B.Çobanzadə küçəsində yerləşən “Şərq” şadlıq sarayında pilləkənlərdən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev oktyabrın 1-i saat 07 radələrində orada ölüb.

Faktla bağlı araşdırma aparılır.