Bakı.Trend:
02.10.2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri,
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində
yerləşən adsız kafenin qarşısında 1970-ci il təvəllüdlü Cəfərov Ağa
Aydın oğlunun 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu
bıçaqlaması nəticəsində Nüsrət Həsənov daxilə keçən bədən xəsarəti
alıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, Binəqədi RPİ-nin əməkdaşlarının keçirdikləri
əməliyyat nəticəsində hadisəni törətmiş A.Cəfərov saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də araşdırma aparılır.

