
Dövlətə xəyanətdə təqsirləndirilən Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın işi üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilib.
Xatırladaq ki, iyunun 20-də İstintaq Komitəsinin Dövlət, Konstitusiya quruluşunun əsasları və İctimai Təhlükəsizlik əleyhinə Cinayətlərin İstintaq Baş İdarəsi tərəfindən Milli Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumat əsasında Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşının Ermənistan Respublikasının dövlətə xəyanətinə şərait yaratdığına görə Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi və 424-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb. Cinayət işinə görə, Aşxen Arakelyan xarici dövlətin nümayəndəsinə dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa kömək edib.

