Növbəti sammit Ermənistanda keçiriləcək

Baş səhifə

Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana rəsmi dəvət etmişəm; onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir”, – o deyib.