Xaçmazda növbəti səyyar qəbul Qaradağ Buduq kəndində keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz
rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Qaradağ Buduq kəndində səyyar qəbul
keçirib.

Trend
xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat
yayıb.

Bildirilib ki, qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Qaradağ Buduq, Hülövlü, Qaradağlı,
Bəyqışlaq, Canaxır, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq,
Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.




Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri,
məktəb binasının yenilənməsi və digər müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.