Cəbrayıl rayonundakı günəş elektrik stansiyaları ilə bağlı mobilizasiya işləri başa çatdırılıb – Cavid Abdullayev

Baş səhifə

Biləsuvar. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji
sahəsi üzrə görülən işlər açıqlanıb.

Trend-in
Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında
bildirib.




O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa olunan enerji
sahəsi ilə bağlı hazırda bir neçə layihə həyata keçirilir: “Cəbrayılda bp şirkəti ilə birgə həyata keçirilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) ərazisində artıq bütün
mobilizasiya işləri başa çatdırılıb. Bu istiqamətdə tikinti
işlərinə start verilib.

“Eyni zamanda, Cəbrayıl rayonunda hər biri 50 meqavat olmaqla “Şəms” və “Üfüq” GES-lər ilə bağlı mobilizasiya yekunlaşıb. Həmin
stansiyalarda işlər intensiv şəkildə davam etdirilir”, – deyə C.
Abdullayev vurğulayıb.