Dağıstanda atışma baş verib, yaralananlar var

Baş səhifə
Dağıstanda atışma baş verib, yaralananlar var

Dağıstanda Untsukul kəndində atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri bildirib.

Məlumata görə, atışma məktəbin yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Məktəbdə heç kim xəsarət almadığı, dərs prosesinin pozulmadığı və təxliyə həyata keçirilmədiyi vurğulanıb.