
Astana. Trend:
Astanada Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov ilə
Qazaxıstanın Nəqliyyat naziri, Azərbaycan-Qazaxıstan
Hökumətlərarası Komissiyasının həmsədri Nurlan Sauranbayev,
arasında məhsuldar danışıqlar keçirilib.
Trend xəbər verir
ki, bu barədə Energetika Naziri Pərviz Şahbazov öz “X” səhifəsində
yazıb.
Məlumata görə, tərəflər ticarət-iqtisadi əməkdaşlığın əsas
istiqamətlərini müzakirə ediblər. Cari ilin ilk yarısında iki ölkə
arasında qarşılıqlı ticarət dövriyyəsi 4,2 dəfə artaraq 500 milyon
ABŞ dollarına çatıb.
Nazirin sözlərinə görə, danışıqlarda eyni zamanda Bakı şəhərində
keçiriləcək Hökumətlərarası Komissiyanın 21-ci iclasına hazırlıq,
nəqliyyat əlaqələrinin genişləndirilməsi perspektivləri, yük
daşımalarının həcmində artım və iki ölkə arasında iqtisadi
tərəfdaşlığın gücləndirilməsi üzrə perspektivli layihələrin həyata
keçirilməsi müzakirə olunub.

