Biləsuvar GES-in tam şəbəkəyə qoşulacağı tarix açıqlandı

Baş səhifə

Biləsuvar. Trend:

Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın elektrik
enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək.

Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir,
bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar Günəş
Eektrik Stansiyasında (GES) birinci panelin quraşdırılması
mərasimində bildirib.

Onun sözlərinə görə, Biləsuvar GES-də gələn ilin birinci
yarısından etibarən ilkin enerji verilişlərinə başlanılacaq: “Gələn
ilin sonunda isə stansiyada istehsal edilən enerji şəbəkəyə tam
şəkildə qoşulacaq. Bu günəş elektrik stansiyası Azərbaycanın
elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək”.




O bildirib ki, bu GES Biləsuvar rayonunun da həm iqtisadi, həm
də sosial sahəsinə müsbət təsir göstərəcək. Həmçinin vurğulayıb ki,
bu regionun və rayonun məşğulluqla təmin olunmasında mühüm
əhəmiyyət kəsb edəcək.

“Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi
Azərbaycanın müəyyən həcmdə qaz resurslarından səmərəli
istifadəsinə xidmət edəcək”, – deyə agentlik rəhbəri əlavə
edib.