Ermənistan və Azərbaycan arasında sülh bütün region üçün böyük əhəmiyyət kəsb edir – Avropa Şurasının Baş katibi (ÖZƏL)

Baş səhifə

Kopenhagen. Trend:

Ermənistan və Azərbaycan arasında gedən sülh prosesindəki
irəliləyiş bütün regionda sabitliyin və sülhün təmin olunması üçün
yeni imkanlar yaradır.

Bunu Avropa Şurasının Baş katibi Alen Berse Trend-in Danimarkaya ezam
olunmuş xüsusi müxbirinin sualını cavablandırarkən deyib.

“Bu təkcə iki ölkə üçün yox, həm də bütün Cənubi Qafqaz üçün,
bütövlükdə bütün Avropa üçün vacibdir. Sülh prosesinin inkişaf
etməyə davam etməsi, əhaliyə müsbət perspektivlər gətirməsi bizim
hamımız üçün son dərəcə vacibdir”, -deyə o bildirib.