Serbiya gələcəkdə Azərbaycan qazının idxalını artıracağına ümid edir – Vuçiç (ÖZƏL)

Baş səhifə

Kopenhagen. Trend:

Serbiya gələcəkdə Azərbaycan qazının idxalını artıracağına ümid
edir.

Busözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Trend-in Danimarkaya ezam
olunmuş xüsusi müxbirinə bildirib.




“Biz Azərbaycanla yaxşı dostuq və artıq müqavilə bağlamışıq.
Serbiyada qaz istehlakı artır və sizin ölkədən almağa
hazırlaşdığımız həcmlər çoxalır. Ümid edirik ki, gələcəkdə TAP və
TANAP vasitəsilə daha çox qaz idxal edə biləcəyik. Bunun üçün bütün
zəruri obyektləri inşa edirik və Serbiya ilə Azərbaycan arasında
əməkdaşlığa heç bir sərhəd yoxdur”, – deyə o qeyd edib.