
Bakı.Trend:
Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki
dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs
qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Bildirilib ki, narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən
edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

