
Bakı.Trend:
Beş ildir ki dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən
xanəndə, əməkdar artist Ehtiram Hüseynov Heydər Əliyev Fondunun
dəstəyi ilə müalicə üçün Türkiyədədir. Müalicə aldığı xəstəxanada
Real TV- yə danışan xanəndə bu xəstəliyin müalicəsində yeni bir
mərhələnin oıduğunu bildirdi. Kök hüceyrə vasitəsiylə MS
xəstəliyinin irəliləməsinin qarşısını qismən almaq mümkündür. Bu
əməliyyatı yerinə yetirməyə Azərbaycanın təbliğində xüsusu rolu
olan, muğamımızın dünyaya tanıdılmasında müstəsna xidmətləri olan
Heydər Əliyev Fondu dəstək olur. Xanəndəyə artıq kök hüceyrənin
ilkin mərhələsi tətbiq olunub.
Xanəndə müalicəsinə verdiyi dəstəyə görə Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna xüsusi təşəkkür
edib. Ehtiram Hüseynov qeyd edib ki, hər zaman Fondun dəstəyini öz
üzərində hiss edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan televiziya
muğam müsabiqəsinin qalibi olan Ehtiram Hüseynov 1980-ci ildə
Laçında anadan olub.

