Bu ölkədə HIMARS və “Caesar” artilleriya sistemlərinin döyüş atışları başlayıb

Baş səhifə

Bakı. Trend:

Estoniya ordusu ölkənin cənub-şərqində yerləşən Nursipalu
poliqonunda ikigünlük hərbi təlimlərə başlayıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Estoniya hərbçiləri təlimlər çərçivəsində ilk
dəfə HIMARS reaktiv yaylım atəş sistemlərindən, “Caesar” özüyeriyən
artilleriya qurğularından və 120 millimetrlik minaatanlardan döyüş
atışları həyata keçirəcəklər.

Xatırladaq ki, iyul ayında Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniyanın hərbi potensialını
artırmasının, xüsusilə də HIMARS raket sistemlərinin bu ölkəyə
tədarükünün Moskva tərəfindən regionun hərbiləşdirilməsi kimi
qiymətləndiriləcəyini bəyan etmişdi.