Azərbaycanda keçirilən III MDB Oyunlarının voleybol turnirində daha iki oyun baş tutub.
“Report”un Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, 15 yaşadək qızlardan ibarət Rusiya yığması Belarusla üz-üzə gəlib.
Qarşılaşma Rusiya seçməsinin qələbəsi ilə yekunlaşıb – 3:0.
Digər matçda isə Özbəkistan Tacikistana eyni hesabla qalib gəlib.
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-da yekun vurulacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

