Naxçıvanda dörd avtomobil toqquşub, dörd nəfər xəsarə alıb

Baş səhifə
Naxçıvanda dörd avtomobil toqquşub, dörd nəfər xəsarə alıb

Naxçıvanda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Qəza zamanı iki “VAZ-2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.