Naxçıvanda zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb

Baş səhifə

Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Qəza zamanı “VAZ 2107” markalı avtomobillər, “Raf” markalı avtomobil və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.