
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncədə “Yaşıl
şəhər” təşəbbüsü çərçivəsində dəstək göstərir.
Trend xəbər verir
ki, bunu AYİB “Ağıllı Şəhərlər” təşəbbüsünün rəhbəri Lin Oqredi
Baki İqlim Fəaliyyəti Həftəsində deyib.
Lin Oqredi qeyd edib ki, bank “Yaşıl şəhər” konsepsiyasının
həyata keçirilməsi üçün hökumət və Gəncə bələdiyyəsi ilə əməkdaşlıq
edərək fəaliyyət planı hazırlayır.
Proqram şəhərin emissiyaların azaldılmasına və iqlim
dəyişikliklərinə uyğunlaşmaya yönəlmiş bütün mümkün investisiya
sahələrini əhatə edir.
O vurğulayıb ki, AYİB layihələrin hazırlanmasını
maliyyələşdirir, qrantlar təqdim edir, həmçinin küçə
işıqlandırmasının tətbiqini, su təchizatı sahəsini və potensial
olaraq bərk məişət tullantılarının idarə olunması sistemlərini
dəstəkləyir.


