Bakıda tarixdə ilk dəfə “IRONMAN 70.3 BAKU” triatlon yarışı baş tutacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan idman tarixində ilk dəfə beynəlxalq “IRONMAN 70.3
BAKU” triatlon yarışı baş tutacaq.

Trend
xəbər verir ki, yarış 2026-cı il sentyabrın 5–6-da Bakıda
keçiriləcək.

“IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və “IRONKIDS”
yarışlarını əhatə edəcək.




1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər
dənizinin sahilində baş tutacaq.

90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3
dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə
edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə
proqramı, “IRONMAN EXPO” zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi
IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə
biləcəklər.