Bakı. Trend:
İsveçrənin buzlaqları son 12 ay ərzində əhəmiyyətli dərəcədə
əriyib. Bu, indiyədək qeydə alınan dördüncü ən böyük
göstəricidir.
Trend xəbər
verir ki, bu barədə İsveçrə Kriosfer Müşahidə Komissiyasının illik
hesabatında qeyd olunub.
Bildirilib ki, qışda, xüsusilə Alp dağlarının şimal-şərq
hissəsinə az qar yağması, ardınca isə iyunda baş verən isti hava
dalğaları səbəbindən buzlaqlar öz ümumi kütlələrinin 3%-ni
itirib.
Qeyd olunub ki, buzlaqların əriməsi 2022 və 2023-cü illərdəki
qədər kəskin olmasa da (həmin illərdə müvafiq olaraq 5,9% və 4,4%
itki qeydə alınmışdı), tendensiya açıq-aşkar görünür.

