İqlim həm də imkanları ortaya çıxarır – Muxtar Babayev

Baş səhifə

Bakı. Trend:

İqlimlə bağlı tendensiyalar müzakirə ediləndə həmişə təhlükələr
önə çıxır. Daha çox “hansı təhlükələrlə üzləşə bilərik?”- bunun
müzakirəsini aparırıq. Gəlin, imkanlardan da danışaq. Bir tərəfdən
hansısa risk və çətinliklər əmələ gələndə digər tərəfdən də
imkanlar ortaya çıxır.

Trend xəbər
verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi,
COP29-un prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi
çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya,
İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi
masada çıxışı zamanı deyib.




Muxtar Babayevin sözlərinə görə, iqlim təkcə kənd təsərrüfatına
istər-istəməz neqativ təsirlər göstərmir, həm də bitkiçilik,
heyvandarlıq və digər sahələrdə adaptasiya olunmağa, yeni
istehsalatların ortaya çıxmasına imkan yaradır.

COP29 prezidenti vurğulayıb ki, görüşün keçirilməsi nəticəsində
bu zəncirin bütün iştirakçıları bu məsələlərdən həm agah və
xəbərdar olmalı, həmçinin öz fikir və təkliflərini, problemlərini
dilə gətirməlidir.