İrandan gətirilən mallar Ordubad məhsulları adı altında satılır – Baş icraçı direktor

Baş səhifə

Bakı. Trend:

İrandan gətirilən məhsullar bazara Naxçıvan, Ordubad məhsulları
adı altında çıxarılır.

Trend
xəbər verir ki, bunu Azərbaycan Menecment və İnvestisiya
Korporasiyasının baş icraçı direktoru Emin Əliyev Bakı İqlim
Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı
Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması”
mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.




O bildirib ki, bazarda belə halların baş verməsi çox
narahatedici məqamdır.

“Burada ixtisaslı kadrların ortaya çıxarılması məsələsi də
diqqətdə saxlanılmalıdır”, – deyə E.Əliyev vurğulayıb.