“Euronews” Bakı Təhlükəsizlik Forumunun uğurları barədə material dərc edib

Baş səhifə

Bakı. Trend:

“Euronews” bu yaxınlarda Azərbaycanda keçirilmiş Bakı
Təhlükəsizlik Forumunun uğurları haqqında material dərc edib.

Trend-in xəbərinə
görə, materialda qeyd olunur ki, Azərbaycanda keçirilən üçüncü Bakı
Təhlükəsizlik Forumunda 80-dən çox ölkənin nümayəndələri iştirak
edib, diqqət isə terrorizmə, kibercinayətkarlığa, dezinformasiyaya
və humanitar böhranlara qarşı mübarizədə beynəlxalq əməkdaşlığa
yönəldilib.

Forum dünya ölkələrindən rəsmi şəxsləri transsərhəd
əlaqələndirmə və müasir təhlükəsizlik təhdidlərinin müzakirəsi üçün
bir araya gətirib.

“Məruzəçilər vurğulayıblar ki, qlobal terror şəbəkələrinə yalnız
hökumətlərin vahid strategiyaları vasitəsilə effektiv şəkildə sinə
gəlmək mümkündür. Forumda ilk dəfə olaraq BMT-nin iştirak etməsi
tədbirin real təhlükəsizlik tədbirlərinin hazırlanması baxımından
əhəmiyyətini göstərir. Nümayəndələr belə bir qənaətə gəliblər ki,
sürətlə dəyişən təhlükəsizlik mühitində vətəndaşların qorunması ,
dövlətlərin dayanıqlığının gücləndirilməsi və ölkələr arasında
etimadın inkişafı üçün beynəlxalq əməkdaşlıq bu gün həyati
əhəmiyyət daşıyır”, – deyə məqalədə bildirilir.