Paytaxt üzrə 21 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki
məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsinin
məktəbəhazırlıq qruplarına 21 502 uşaq qeydiyyatdan keçib.




Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan
məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ
keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf
aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”,
“Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün
inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən
ibarətdir.

Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında
məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji
dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların
ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin
etməkdən ibarətdir.