Kaliforniyada polis pilotsuz taksini yanlış dönmə əməliyyatına görə saxlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının San-Bruno şəhərində polis
avtomobili yanlış dönmə əməliyyatına görə cərimələmək məqsədilə
saxlayıb.

Trend-in
məlumatına görə, bu barədə “The Guardian” nəşri xəbər yayıb.




Avtomobilin sükanı arxasında heç kim olmadığı və onun “Waymo”
xidmətinə aid pilotsuz taksi olduğu müəyyən edilib.

Bildirilir ki, pilotsuz taksi qırmızı işıqda dönüb və sürücü
olmadığı üçün cərimə yazmaq mümkün olmayıb. “Waymo” şirkətindən
bildiriblər ki, vəziyyət araşdırılır.