Bakı. Trend:
Qazaxıstanın Akmola vilayətində 52 yaşlı sakindən 470-dən çox
narkotik tərkibli bitki və təxminən 72 kiloqram narkotik vasitə
aşkar edilərək götürülüb.
Trend-in
məlumatına görə, bu barədə polis idarəsinin mətbuat xidməti xəbər
yayıb.
Akmola vilayətinin sakini Kokşetau nəqliyyat prokurorluğunun
koordinasiyası ilə Kokşetau stansiyasında xətti polis şöbəsinin
əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Polis qanunsuz narkotik bitkilərin becərilməsi faktı ilə bağlı
ibtidai araşdırma aparır.

