ABŞ Senatına Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə təqdim edilib

Baş səhifə
Dünya

  • 30 sentyabr, 2025
  • 23:53
ABŞ Senatına Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə təqdim edilib

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya aylıq 10 milyard dolların köçürülməsini təklif edən qətnamə layihəsi ABŞ Senatına təqdim edilib.

“Report” xəbər verir ki, ABŞ qanunverici orqanının yuxarı palatasının saytında yerləşdirilən məlumata görə, qətnamə icra hakimiyyətini, G7 və Avropa İttifaqının liderlərini Rusiyanın aktivlərini hər ay ən azı 10 milyard dollarlıq tranşlarla Ukraynaya köçürməyə çağırıb.

Qətnamənin müəllifləri ABŞ senatoru Con Kennedi, Riçard Blumental, Lindsi Qrem və Şeldon Uaythausdur.

Sənədin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Qanun layihəsi baxılması üçün Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.