Britaniyada yeni kosmik gəmi hazırlanır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya və Avropa tərəfdaşlarının birgə layihəsi
çərçivəsində öz raket gövdəsini yanacaq kimi istifadə edəcək
dünyada ilk “özünü yeyən” (autofagiya mühərrikli) kosmik gəmi
hazırlanır.

Trend xəbər verir ki, bu
barədə yerli KİV-lər məlumat yayıb.




Məlumata görə, layihə üzərində Lester şəhərində yerləşən
“Meridian Space Command” şirkəti Fransanın “Alpha Impulsion”
firması ilə əməkdaşlıq edir.

Onlara layihənin ilkin mərhələsini həyata keçirmək üçün 150 min
funt sterlinq həcmində dövlət maliyyəsi ayrılıb. Maliyyə vəsaiti
layihənin ilkin dizayn mərhələsinə, onun texniki-iqtisadi
əsaslandırılmasına sərf ediləcək.