Prezident İlham Əliyev: İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib

Baş səhifə

Bakı. Trend:

İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin
inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik.

Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella
ilə mətbuata bəyanatında bildirib.

Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə
doğru addımlar atıldığını, bunun da bizi təbii olaraq məmnun
etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki, bir sözlə,
bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda,
həm də praktiki işlərdə özünü büruzə verir.