Turizm
- 30 sentyabr, 2025
- 15:33
Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək beynəlxalq turizm yarmarkasında vahid stendlə iştirak edəcək.
Bu barədə “Report”a Bakıda II Azərbaycan-Özbəkistan mediaforum çərçivəsində Özbəkistanın Turizm Komitəsinin mətbuat katibi Munisa Asilhocaeva bildirib.
“Azərbaycan bu il noyabrın sonunda Daşkənddə keçiriləcək “İpək Yolunda Turizm” adlı beynəlxalq turizm yarmarkasında vahid stendlə təmsil olunacaq”, – o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

