17-28 noyabr tarixlərində Azərbaycan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ITU WTDC 2025) ev sahibliyi edəcək.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalya Moçu (Natalia Mochu) Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda onlayn formatda çıxışı zamanı bildirib.
“Biz (BTİ) dörd ildən bir keçirilən rəsmi inkişaf konfransımıza ev sahibliyi edəcəyinə görə Bakıya minnətdarıq. Bu, Bakıda toplaşmaq və rəqəmsal inkişaf məsələlərini müzakirə etmək üçün səylərimizi birləşdirməyə imkan verən unikal fürsətdir”, – o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

