İnnovasiyalar SOCAR-ın daha səmərəli və daha qənaətcil olmasına kömək edir – Vitse-prezident

Baş səhifə

Bakı. Trend:

İnnovasiyalar SOCAR-ın daha səmərəli və qənaətcil olmasına kömək
edir.

Trend xəbər verir
ki, bu barədə SOCAR vitse-prezidenti Kənan Nəcəfov Bakıda PASHA
Holdinq tərəfindən təşkil olunan “INMerge İnnovation Summit” zirvə
toplantısının gedişində danışıb.

“Milli enerji şirkəti olaraq biz özümüzə bir məqsəd və strateji
hədəf qoymuşuq – sənayenin liderləri sırasında yer almaq və maraqlı
tərəflərimiz üçün maksimum dəyər yaratmaq. Bunun üçün innovasiyalar
bizə həm əməliyyat, həm iqtisadi sahədə daha səmərəli, eləcə də
daha ekoloji olmağa imkan verən bir vasitə kimi xidmət edir”, –
deyə o bildirib.




Onun sözlərinə görə, bununla bağlı SOCAR iki əsas istiqaməti
həyata keçirir.

“Birincisi rəqəmsal transformasiya üzrə yol xəritəsidir. Bizim
şirkətimiz tək bir müəssisə deyil, yüzlərlə müəssisədən ibarətdir.
Müxtəlif biznes bölmələrində biz süni intellektdən tutmuş
robotlaşmaya və böyük verilənlərin təhlili metodlarına qədər hər
şeyi tətbiq edirik. Hamsını sadalamaq mümkün olmasa da, bu
texnologiyalar həm əməliyyat, həm də ekoloji səmərəliliyi artırır.
Böyümək üçün yer varmı? Bəli, əlbəttə. Miqyas çox böyükdür. Amma
sual odur ki, biz bu yola artıq başlamışıqmı, irəliləyiş əldə
etmişikmi? Bəli, tamamilə”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, ikinci istiqamət – innovasiyalar üzrə yol
xəritəsidir.