
Bakı. Trend:
Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş
məşqçisi Ayxan Abbasovla görüşüb.
Trend AFFA-ya istinadən xəbər verir ki, görüş zamanı Rövşən
Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A
millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1)
oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları
ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş
məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam
etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar
arzulayıb.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş
katib Cahangir Fərəcullayev də iştirak ediblər.


