
Bakı. Trend:
Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı
var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab
edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri
Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk
plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, yerlərdə nümunəvi qəbiristanlıqlar
bələdiyyələrə verilməlidir.
“Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir.
Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona
köməklik etməlidir.Bələdiyyələrdə yaşayış və qeyri-yaşayış
obyektlərindən ildə bir dəfə eyni vergi yığılır. Lakin yaşayış
obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə,
digərlərindən üç qat vergi yığılır. Ona görə bu tətbiq də
bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları
genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına
xidmət göstərə bilsinlər”, – deyə komitə sədri qeyd edib.

