
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp
tərəfindən irəli sürülən Qəzza Münaqişəsinin Həllinə dair
Hərtərəfli Planın elan olunmasını alqışlayır.
Bu barədə Trend
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Dayanıqlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və
beynəlxalq hüquqa hörmət tələb edir. Məhbusların və girovların
dəyişdirilməsi, eləcə də əhalinin humanitar ehtiyaclarının
qarşılanması uzunmüddətli sabitlik və siyasi həll yolunun açılması
üçün vacibdir. Yalnız dialoq və xoş məram vasitəsilə , iki dövlət
prinsipli həll yolu əsas götürülməklə, dayanıqlı bir razılaşma əldə
edilə bilər,”,- deyə bəyanatda deyilir.

