Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur – Natiq Məmmədli

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi
əlaqələr mövcuddur.

Trend xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin
icraçı direktorunun müavini Natiq Məmmədli Rəqəmsal Transformasiya
və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun, Özbəkistan və Azərbaycanın media sahəsində yol xəritəsi
barədə məlumat verib.




“Hər iki ölkənin media sahəsində fəaliyyətini əhatə edən yol
xəritəmiz var. Bu yol xəritəsinə uyğun olaraq artıq bir neçə ildir
ki, müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərə forumların
təşkili, jurnalistlərin və mətbuat katiblərinin mübadiləsi,
müxtəlif səfərlər və konfransların təşkili daxildir”.

“Bu gün keçirilən forum isə Azərbaycan ərazisində baş tutan
ikinci Özbəkistan-Azərbaycan Media Forumudur. Birinci forum
Özbəkistanda keçirilmişdi. Həmin forumda əsas mövzu
dezinformasiyaya qarşı mübarizədə hər iki ölkənin media
resurslarının güclərini birləşdirməsi olmuşdur. Bu gün isə həmin
mövzu peşəkarlıq müstəvisində rəqəmsal transformasiya və media
məsələləri çərçivəsində davam etdiriləcək. İki panel sessiyası
nəzərdə tutulub. Hər iki ölkədən ekspertlər və beynəlxalq səviyyəli
jurnalistlər forumda iştirak edəcək. Sessiyalarda jurnalistikanın
hüquqi mühitdə və rəqəmsal məkanda qarşılaşdığı mühüm məsələlər
geniş şəkildə müzakirə olunacaq”- deyə N. Məmmədli əlavə edib.