
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ-yə idxal edilən taxta və bəzi
ağac məhsullarına gömrük rüsumlarının tətbiq edilməsi barədə
göstəriş verib.
Trend-in
məlumatına görə, bu barədə Ağ Ev tərəfindən dərc olunan sənədlərdə
qeyd olunub.
Məlumata əsasən, ağac tədarükünə, o cümlədən iynəyarpaqlı
ağaclara malların dəyərinə mütənasib olaraq 10 faiz rüsum tətbiq
ediləcək.
Bildirilib ki, bəzi mebel növlərinə, o cümlədən mətbəx mebelinə
25 faiz rüsumlar tətbiq olunacaq. Yeni tədbirlər oktyabrın 14-dən
qüvvəyə minir. Rüsumlar 2026-cı il yanvarın 1-dən sonra artırıla
bilər.

