Saliba “Arsenal” ilə müqaviləsini uzadıb

Baş səhifə
Futbol

  • 30 sentyabr, 2025
  • 05:53
Saliba Arsenal ilə müqaviləsini uzadıb

Mərkəz müdafiəçisi Uilyam Saliba Londonun “Arsenal” futbol klubu ilə müqaviləsini uzadıb.

“Report” xəbər verir ki, bu barədə futbol insayderi Fabrisio Romano məlumat yayıb.

Jurnalistin sözlərinə görə, yeni müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

“Uilyam Salibanın “Arsenal”la yeni müqaviləsi 5 illik, 2030-cu ilin iyununa qədərdir. Hər şey hazırdır. Saliba “Arsenal”la yeni müqavilə imzalayıb və bu, “Arsenal” üçün əla xəbərdir, təkcə Saliba qaldığı üçün deyil, həm də ona görə ki, bu, “Real Madrid”in marağı ilə bağlı söz-söhbətlərdən və spekulyasiyalardan qaçmaq üçün mövsümün əvvəlində baş verib.

Çünki “Real Madrid” həqiqətən Saliba ilə maraqlanırdı; bunlar sadəcə media şayiələri deyil. Bu “Arsenal” və Salibanın özü üçün çox vacibdir. “Arsenal”ın direktoru Andrea Berta avqust ayında oyunçuya və onun agentinə yeni müqavilə təklif etdikdən sonra müqaviləni mümkün qədər tez uzatmaq istəyirdi”, – o qeyd edib.