Bakı. Trend:
Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin
Əbdülrəhman Əl Tani ABŞ prezidenti Donald Trampa Fələstinin “HƏMAS”
hərəkatını ABŞ-ın Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq
planını qəbul etməyə razı salmağa bacaracağını bildirib.
Trend-in məlumatına görə, bu barədə “Sky News Arabia” televiziya
kanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev Qəzza münaqişəsinin həlli
planını açıqlayıb. Bu planla hərbi əməliyyatların tamamilə
dayandırılmasını və HƏMAS tərəfindən saxlanılan israilli girovların
72 saat ərzində azad edilməsi nəzərdə tutulur. Bundan əlavə, sənəd
sektorun keçid dövrü üçün kənar idarəetməyə verilməsini təklif
edir.

