Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
Bu barədə “Report”a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

