Böyük Britaniyanın Qatvik hava limanındakı qatar stansiyası təxliyə edildi

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Qatvik hava limanı stansiyası həddən artıq
sıxlıq səbəbindən təxliyə edilib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, hadisəyə dəmir yolunda baş verən bir neçə
insident səbəb olub. Səhər saatlarında iki nəfər qatarın vurması
nəticəsində xəsarət alıb. Hər iki hadisə yerinə təcili yardım
xidmətləri cəlb olunub. Buna görə də “Southern Railway” şəbəkəsində
iki saata qədər gecikmələr yaranıb.

Nəticədə Luton–London “St.Pancras International” və Qatvik hava
limanı istiqamətlərində qatarlar ləngimə, ləğv və ya marşrut
dəyişiklikləri ilə üzləşib.