Region
- 29 sentyabr, 2025
- 20:45
Sentyabrın 25-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüm çox məhsuldar keçdi.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.
O bildirib ki, görüşdə bir çox məsələ müzakirə olunub: “100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün birlikdə atacağımız addımları müzakirə etdik. İsrailin artan hücumları, Rusiya-Ukrayna müharibəsi və regiondakı hadisələr də gündəlikdə idi”.
Ərdoğan müsbət keçən görüşün nəticələrinin yaxın zamanda özünü göstərəcəyini vurğulayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

