Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

Baş səhifə
Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb.

“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki A qrupunun oyunu çərçivəsində Gəncə İdman Sarayında Tacikistanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, günün ilk görüşündə Belarus seçməsi Qırğızıstana eyni hesabla qalib gəlib.