
Bakı. Trend:
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisi
yekunlaşmaq üzrədir. Artıq orada əldə edilən enerjinin sistemə
qoşulması prosesinə başlanılıb.
Bunu Trend-ə
Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim
Fəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, artıq 10 bərpa olunan enerji
stansiyasının tikintisi prosesi başlayıb:
“Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən
həyata keçirilən və ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron”
Külək Elektrik Stansiyasının (KES) tikintisi yekunlaşmaq üzrədir.
Artıq orada əldə edilən enerjinin sistemə qoşulması prosesinə
başlanılıb”.

