4SİM və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən I”NMerge İnnovasiya Sammiti” çərçivəsində
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü
Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə
Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) arasında
əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir
ki, sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və AİPA-nın
təsisçisi və sədri Zafer Küçükşabanoğlu imzalayıblar.

Sənəd “PASHA Holding” tərəfindən təşkil olunan “INMerge
Innovation Summit” çərçivəsində imzalanıb.




İmzalanan sənəd 4SİM və AİPA arasında süni intellekt və dördüncü
sənaye inqilabı texnologiyaları sahəsində əməkdaşlıq üçün çərçivə
yaradır. Bu əməkdaşlıq çərçivəsində 4SİM və AİPA
informasiya-kommunikasiya texnologiyaları, startap ekosistemi və
ağıllı sənaye sahələrində birgə təşəbbüslər irəli sürəcək, eyni
zamanda rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı
texnologiyalarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi həyata
keçirəcəklər.

Memorandum, həmçinin, Azərbaycan və Türkiyə arasında bu sahədə
əlaqələrin güclənməsinə və beynəlxalq miqyasda əməkdaşlığın
genişlənməsinə xidmət edəcək.

AİPA – süni İntellekt Siyasəti Assosiasiyası, 2021-ci ildə
Türkiyədə təsis olunmuş və süni intellekt sahəsində fəaliyyət
göstərən ilk qeyri-hökumət təşkilatlarından biridir. Assosiasiya
süni intellekt üzrə siyasətlərin hazırlanması, diplomatiya, milli
strategiyalar və sosial təsirlər mövzusunda araşdırmalar aparır,
həmçinin ictimaiyyət, dövlət qurumları, universitetlər və özəl
sektor arasında körpü rolunu oynayır. AİPA beynəlxalq
əməkdaşlıqlarda da fəal iştirak edərək qlobal süni intellekt
müzakirələrinə öz töhfəsini verir.