“White Hill Capital” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında yeni investisiya şirkətinin yaradılması haqqında müqavilə bağlanıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən “INMerge” sammiti çərçivəsində “White Hill
Capital” vençur fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
arasında yeni vençur investisiya şirkətinin yaradılması haqqında
Təsis müqaviləsi bağlanıb.

Trend xəbər verir
ki, müqavilə başlıca olaraq Azərbaycanın vençur kapitalı
ekosisteminin genişləndirilməsinə və yerli startapların beynəlxalq
bazarlara inteqrasiyasına hədəflənib.




İmzalanma çərçviəsində “White Hill Capital” fondunun dəstəyi ilə
həyata keçirilmiş uğurlu layihələr təqdim olunub.