
Bakı. Trend:
Azərbaycan bərpa olunan enerji və yaşıl texnologiyaların
inkişafına aktiv şəkildə investisiya qoyur və 2027-ci ilə qədər 2
QVt “yaşıl güc”lər qurmağı planlaşdırır.
Trend xəbər verir
ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim
Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq yaxın illərdə “təmiz
enerji”nin payını əhəmiyyətli dərəcədə artırmağı və istixana qazı
tullantılarını azaltmağı planlaşdırır.

